525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Dünyada ən çox geni dəyişdirilən məhsullar arasında soya və qarğıdalı xüsusi yer tutur. Bu məhsullar emal edilərək müxtəlif qida əlavələri, nişasta və digər komponentlər şəklində qablaşdırılmış məhsullarda istifadə edilir. Eyni zamanda, bəzi məhsulların üzərində “GMO-suzdur” ifadəsinin qeyd olunması istehlakçıların təbii məhsullara marağının artdığını göstərir”.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bunu 525.az-a söyləyib. Mütəxəssis bildirib ki, gen mühəndisliyinin inkişafı nəticəsində bəzi meyvə və tərəvəzlərin ilboyu yetişdirilməsi mümkün olub. Genetik dəyişikliklər onların xəstəliklərə və iqlim şəraitinə daha davamlı olmasına kömək edir. Bununla yanaşı, bu dəyişikliklərin insan sağlamlığına təsiri barədə hələ də yekun elmi nəticə yoxdur. Heyvanlar üzərində aparılan bəzi təcrübələr GMO məhsullarının orqanizmdə müəyyən dəyişikliklər yarada biləcəyini göstərib. Bu səbəbdən GMO məsələsi həm elmi, həm də etik baxımdan mübahisəli olaraq qalır.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.