AZ

28 May Azərbaycanın Müstəqillik Günü xalqımızın tarixində ən şərəfli və qürurverici günlərdən biridir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

28 May Azərbaycanın Müstəqillik Günü xalqımızın tarixində ən şərəfli və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış, xalqımızın azadlıq və müstəqillik arzuları gerçəkləşmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu dövlət milli dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfələr vermişdir.

Müstəqillik bizim üçün yalnız siyasi anlayış deyil, həm də milli kimliyimizin, dilimizin, mədəniyyətimizin və dövlətçilik iradəmizin təcəssümüdür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan möhkəm dövlətçilik siyasəti nəticəsində Azərbaycan müstəqilliyini daha da gücləndirmiş, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. Bu gün isə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz qüdrətini və birliyini bütün dünyaya nümayiş etdirir.

Xalqımızın qəhrəmanlıq ruhu xüsusilə 44 günlük Vətən müharibəsində özünü bir daha göstərdi. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Bu möhtəşəm Zəfər müstəqil Azərbaycanın gücünü, xalqımızın birliyini və yenilməz iradəsini bütün dünyaya sübut etdi. 28 May Müstəqillik Günü artıq bizim üçün həm də 44 günlük şanlı Zəfərimizin qüruru ilə daha böyük məna daşıyır.

Nicat Hüseynov

YAP Səbail rayon təşkilatının sədr müavini 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr