AZ

Gülşən Rzayeva: Azərbaycan post-münaqişə ölkələri üçün şəhərsalma modeli formalaşdırır

Bakıda keçirilən WUF13 çərçivəsində Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı bərpa və yenidənqurma işlərini post-münaqişə ölkələri üçün nümunə kimi təqdim edir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13 üzrə milli koordinatorun müavini Gülşən Rzayeva bildirib.


Onun sözlərinə görə, Azərbaycan forumda urbanizasiya və iqlim gündəliyini bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirən təşəbbüslərlə çıxış edir.

“Urbanizasiya iqlimə təsir edir, iqlim dəyişikliyi isə şəhərlərə təsir göstərir. Buna görə bu iki gündəlik bir-biri ilə sıx bağlı şəkildə irəliləməlidir,” - Rzayeva deyib.

O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda uzun illər işğal nəticəsində dağıdılmış şəhər və yaşayış məntəqələri hazırda insan mərkəzli şəhərsalma prinsipləri əsasında yenidən qurulur.

Rzayevanın sözlərinə görə, bu proses yalnız binaların və infrastrukturun bərpası ilə məhdudlaşmır, həm də icmaların, yaşayış mühitinin və insanların həyatının yenidən formalaşdırılmasını əhatə edir.

“Bu təşəbbüslər regionda sülhə xidmət edir,” - o əlavə edib.

Rzayeva bildirib ki, Azərbaycan bu təcrübə əsasında post-böhran və post-münaqişə ölkələri üçün praktik şəhərsalma və bərpa modeli təqdim edir.


Gülnar Nazimqızı

Seçilən
35
1
anews.az

10Mənbələr