AZ

Rusiyada təyyarə qəzası BAŞ VERİB

Rusiyada An-2 təyyarəsi Yakutiyada meşəyə qəza enişi edib.

Day.Az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Tyoplıy Klyuç kəndindən qalxan təyyarənin heyəti bir müddət sonra geri qayıtmağa qərar verib.

Bir müddət təyyarə ilə əlaqə kəsilib, daha sonra pilotlar meşəyə təcili qəza enişi etdikləri barədə məlumat veriblər.

Hadisə zamanı təyyarədə olan 8 nəfər göyərtəni sağ-salamat tərk ediblər. Yalnız təyyarənin komandiri yüngül yanıq xəsarətləri alıb.

Qəzaya səbəb mühərrikin sıradan çıxması olub.

Seçilən
0
6
day.az

7Mənbələr