AZ

“Veteranlarımız işğaldan azad edilən ərazilərdə aparılan nəhəng quruculuq prosesinin avanqardıdır”

“Verteranlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan nəhəng abadlıq və quruculuq prosesinin avanqardıdır”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarımızın azadlığını təmin edən veteranlar, müharibə dönəmində olduğu kimi post-müharibə dövründə də Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdə, respublikamızın çiçəkənməsinə ciddi töhfələr verməkdədir:

“2020-ci ildə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyan veteranlarımız post-müharibə dönəmində də xalqımız, dövlətimiz və Prezidentimizlə tam bir həmrəylik sərgiləməkdədir. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan abaqlıq işlərində, qurucluq prosesində veteranlarımız yaxından iştirak etməkdə, yaşayış məntəqələrinin inşası, infrastrukturun formalaşdırılması prosesinə böyük töhfələr verməkdədir. Şəhid və veteranlarımızın fədakarlığı nəticəsində azad edilən torpaqlarımızda digər vətəndaşlarımızla yanaşı, veteranlarımız da böyük əmək sərf etməkdə, bu ərazilərin yenidən dirçəldilməsi üçün əsl fədakarlıq sərgiləməkdədirlər. Bu, veteranlarımızın xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən biridir”.

Hazırda ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının keçirildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, respublikamızın işğaldan azad edilən ərazilərdəki quruculuq təcrübəsinin öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Mayın 17-də Bakıda start götürən və 22 may tarixinə qədər davam edəcək WUF13 yeni, müasir tələblərə cavab verən şəhərsalma ənənəsinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qürurvericidir ki, bu gün müasir şəhərsalma ilə bağlı WUF13-də səslənən çağırışların bir çoxu Azərbaycan Respublikası tərəfindən çoxdan həyata keçirilməkdədir. Biz işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr çərçivəsində bunu aydın şəkildə görə bilərik. Bu baxımdan dünya dövlətlərinin ölkəmizin işğaldan azad edilən ərazilərdəki təcrübəsini öyrənməsi ümumbəşəri maraqlar konteksində mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bu fakta diqqət çəkərək bildirdi ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”. Hansı ki, ölkəmizin əldə etdiyi bu zəngin təcrübənin dünya dövlətləri tərəfindən mənimsənilməsi bütün bəşəriyyətin maraq və mənafeyi baxımından son dərəcə faydalı və səmərəli olar.

Bu baxımdan, inanıram ki, WUF13-də iştirak edən dövlətlər Azərbaycanın şəhərsalma təcrübəsinə xüsusi diqqət yetirəcək və bu təcrübəni öyrənməklə öz ölkələrinin inkişafına əlavə töhfə verəcəklər”.

Seçilən
9
6
redaktor.az

7Mənbələr