AZ

WUF13-də Azərbaycanın enerji sisteminə həsr olunmuş iki nəşr təqdim olunub - FOTOLAR

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Urban Expo" beynəlxalq sərgidə “AzərEnerji” tərəfindən hazırlanan “Azərbaycan enerjisisteminin arxitekturası” və “Azərişıq” ASC-nin ərsəyə gətirdiyi “Şəbəkə memarlığı” kitablarının təqdimatı olub.

APA xəbər verir ki, ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən “AzərEnerji” və “Azərişıq” ASC-lər Azərbaycanın müasir enerji infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerji sistemdə həyata keçirilən rəqəmsal transformasiya layihələrini nümayiş etdirirlər.

Məlumat görə, təqdim olunan nəşrlərdə ölkənin enerji sisteminin formalaşması, müasir texnoloji yanaşmalar, innovativ həllər və gələcək inkişaf istiqamətləri əks olunub.

Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli “Xankəndi” və “Ağ şəhər” yarımstansiyalarının maketləri, həmçinin enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən digər stendlər də təqdim edilib.

"Cebheinfo.az"

Seçilən
1
10
cebheinfo.az

10Mənbələr