AZ

“Azərbaycan şirkətləri bu layihədə iştirak edir”

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Daşkəndin şimal-qərb hissəsində salınacaq “Yeni Daşkənd layihəsinin üzərində işləyirik. Layihənin ümumi sahəsi 20 min hektardır. Hazırda bunun təxminən 6 min hektarında tikinti işləri aparılıb”.

Gununsesi.info bildirir ki, bunu Özbəkistanın Məskunlaşma və Dayanıqlı Mənzil Bazarının İnkişafı üzrə Milli Komitəsinin rəis müavini Aziz Akobayev deyib.

“Layihə iki milyon nəfər üçün nəzərdə tutulub. Ümumilikdə burada 150 milyon kvadratmetr sahədə müxtəlif tikililər inşa ediləcək. Layihə çərçivəsində olimpiya stadionu, əyləncə parkları, universitet, nazirlik və idarə binaları, yaşayış evləri, mədəniyyət evləri, həmçinin ikimərtəbəli yaşayış binaları tikiləcək.

Layihənin tikintisinin 2035-ci ildə başa çatdırılması planlaşdırılır. Bu işlərdə çoxlu Azərbaycan şirkətləri də iştirak edir. Həmin şirkətlər elektrikləşdirmə, qazlaşdırma, su təchizatı və tikinti sahəsinin digər istiqamətləri üzrə işlər həyata keçirirlər”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
icma.az

1Mənbələr