Mayın 18-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib.
Senzor.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



