AZ

Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır

Şuşasa nəqliyyat infrastrukturu təmin edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda ümumi uzunluğu 12,7 km (iki istiqamət üzrə) olan 7 avtomobil tunelinin tikintisi həyata keçirilib. Qarabağ küçəsindən Çuxur məhəlləsi istiqamətində (“Torpaq Meydanı”na doğru) yol tikintisi aparılıb və yeraltı kommunal xətlər çəkilib. Həmçinin yeraltı rabitə şəbəkələri quraşdırılıb.

A.Kərimov qeyd edib ki, Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi nəticəsində Şuşa şəhərinə olan məsafə azaldılıb.

"Həmçinin Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır", - deyə Aydın Kərimov əlavə edib.

"Cebheinfo.az"

Seçilən
0
17
cebheinfo.az

10Mənbələr