AZ

3 milyonluq evi pulsuz verirlər - Bir şərtlə...

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bunun üçün müraciət edən şəxs əsas şərti qəbul etməlidir – ev ən gec altı ay ərzində hazırkı yerindən başqa əraziyə köçürülməlidir. Məlumata görə, təşəbbüs Nantaket bölgəsində tətbiq edilən “Söküntünün təxirə salınması” proqramı çərçivəsində həyata keçirilir. Proqramın məqsədi istifadəyə yararlı köhnə evlərin sökülməsinin qarşısını almaq və onların başqa ərazilərə köçürülərək qorunmasını təmin etməkdir. Pulsuz verilən evdə üç yataq otağı və iki vanna otağı var. Təxminən 161 kvadratmetr sahəyə malik tikili bir akrdan (təxminən 0,4 hektar) böyük torpaq sahəsində yerləşir. Bildirilir ki, Nantaketdə əsas dəyər evdən çox torpaqla bağlıdır. Çünki adada boş torpaq tapmaq, demək olar ki, mümkün deyil. Bu səbəbdən bəzi alıcıların yalnız torpaq əldə etmək üçün köhnə tikililəri belə satın aldıqları qeyd olunur. Evə sahib olmaq istəyən şəxslər həm bələdiyyənin tikinti idarəsinə, həm də hazırkı ev sahibinə rəsmi niyyət məktubu təqdim etməlidirlər. Bundan əlavə, müraciət edənlərin altı ay ərzində evi yeni əraziyə köçürmək üçün maliyyə və texniki imkanlarının olması tələb edilir. ABŞ-də bir evin köçürülməsinin dəyərinin təxminən 150 min dollardan 500 min dollara qədər dəyişdiyi bildirilir. Bununla belə, Nantaket kimi ultra-lüks bir bölgədə pulsuz ev əldə etmək yüksək köçürmə xərclərinə baxmayaraq, böyük üstünlük hesab olunur. Məlumata görə, Nantaketdə evlərin orta satış qiyməti təxminən 4,4 milyon dollardır. Boş torpaq sahələri isə 1,6 milyon dollara qədər alıcı tapa bilir.

Qeyd edək ki, Nantaket adasında yaşayan məşhurlar arasında NFL əfsanəsi Bill Beliçik, iş adamı Deyv Portnoy və ABŞ-nin keçmiş Dövlət katibi Con Kerri də var.

Seçilən
2
4
Ajans.az

5Mənbələr