AZ

ABŞ Rusiya nefti ilə bağlı qərar verdi

ABŞ Maliyyə Nazirliyi 17 aprelə qədər Rusiyadan tankerlərə yüklənmiş xam neft və neft məhsullarının satışı və daşınması ilə bağlı əməliyyatları ABŞ sanksiyalarından azad edib.

Musavat.com xəbər verir ki, müvafiq ümumi lisenziya Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunub.

Sənədə əsasən bu istisna, yuxarıda qeyd olunan aktlarla bloklanmış gəmilər də daxil olmaqla, Rusiyada mənşəli xam neft və ya neft məhsullarının 17 aprel 2026-cı il tarixində saat 00:01-dən (Moskva vaxtı ilə saat 07:01-dən - red.) əvvəl istənilən gəmiyə, o cümlədən Rusiyadan daşınan xam neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı əməliyyatlara şamil edilir.

Sənəddə vurğulanır ki, lisenziya Ukraynanın işğal olunmuş əraziləri, eləcə də İran, Kuba və Şimali Koreya da daxil olmaqla bir sıra ölkələrlə əlaqəli əməliyyatlara icazə vermir. Həmçinin bildirilir ki, yeni ümumi lisenziya 17 apreldə ABŞ Xəzinədarlığı tərəfindən verilmiş oxşar lisenziyanı "tamamilə əvəz edir". Onun müddəti 16 mayda başa çatıb.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr