AZ

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev mayın 26-da saat 10:00-da Qaradağ rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Qaradağ rayon sakinlərinin qəbulunu keçirəcək.

SİA-nın məlumatına görə, vətəndaşlar qəbulla bağlı Qaradağ rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Seçilən
0
15
sia.az

10Mənbələr