“Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bildirib.
Bəzilərinin yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bildiyini söyləyən dövlət başçısı qeyd edib: “Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir”.