AZ

Misirdə silahlı şəxs ətrafdakılara atəş açdı: Ölənlər var

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Misirin Əsyut əyalətində silahlı insident qeydə alınıb. Hadisə nəticəsində səkkiz nəfər həyatını itirib, daha beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Misirin Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, psixoloji problemləri olan bir şəxs avtomobildən endikdən sonra ətrafdakılara atəş açmağa başlayıb.

Silahlı şəxs hücumdan dərhal sonra ərazidən uzaqlaşıb. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin gizləndiyi yeri müəyyənləşdiriblər. Saxlanılarkən o, polisə silahlı müqavimət göstərib.

Baş verən atışma gedişatında cinayətkar zərərsizləşdirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
cebheinfo.az

3Mənbələr