AZ

Ərəblər xahiş etdi, Tramp İrana hücumu təxirə saldı

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Qətər əmiri Təmim bin Həməd Əl-Sani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl-Səud və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan məndən İrana qarşı sabah planlaşdırılan hərbi hücumumuzu təxirə salmağı xahiş etdilər.

"Unikal"ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

“Liderlərə hörmətimə əsaslanaraq, Müharibə katibi Pit Heqsetə, Birləşmiş Qərargah Rəislərinin sədri general Daniel Keynə və ABŞ Hərbi Komandanlığına sabah İrana planlaşdırılan hücumu etməyəcəyimizi, lakin məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə, dərhal İrana qarşı genişmiqyaslı hücuma hazır olmağı tapşırdım”, - deyə Tramp bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
11
unikal.az

10Mənbələr