Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İspaniyanın Ali Məhkəməsi kolumbiyalı müğənni Şakira barəsində vergi fırıldaqçılığı işi üzrə bəraət hökmü çıxarıb.
Axşam.az xəbər verir ki, bu barədə "Reuters" məhkəmə sənədinə istinadən məlumat yayıb.
Məhkəmə müğənninin günahsız olduğuna qərar verib və İspaniya Maliyyə Nazirliyinə Şakiraya ödədiyi cərimələr üzrə 69,8 milyon ABŞ dollarından çox vəsaiti, eləcə də faizləri geri qaytarmağı tapşırıb.
Qeyd edək ki, Şakira 2012–2014-cü illər arasında İspaniya büdcəsinə 14,5 milyon avro məbləğində vergi ödəməkdən yayınmaqda ittiham olunurdu.
2022-ci ilin yayında İspaniya prokurorluğu müğənninin 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini və 23 milyon avro cərimə olunmasını tələb etmişdi. Şakira isə İspaniya hakimiyyəti qarşısında heç bir vergi borcunun olmadığını bildirirdi.
2023-cü ildə məlum oldu ki, Şakira İspaniyada vergi fırıldaqçılığı ilə bağlı məhkəmə prosesindən yayınacaq. Razılaşma çərçivəsində və həbs cəzasından qaçmaq üçün o, 15 milyon dollar ödəyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.