AZ

Dövlət Departamenti yüzlərlə diplomatı işdən çıxardı

ABŞ Dövlət Departamenti yüzlərlə diplomatı vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, Tramp administrasiyası belə qərar qəbul edib. Məlumata görə, təxminən 250 xarici xidmət işçisi elektron poçt vasitəsilə işdən çıxarılıb. Bildirilir ki, ötən il başlayan ixtisarlar ümumilikdə mindən çox dövlət işçisinə təsir göstərib. Onların arasında təcrübəli işçilərin də olduğu irəli sürülür. Dövlət Departamenti bu addımların bürokratik səmərəsizliyi aradan qaldırmaq üçün atıldığını irəli sürüb.

Seçilən
9
50
metbuat.az

10Mənbələr