
Livan Səhiyyə Nazirliyi İsrailin mart ayından bəri həyata keçirdiyi hava zərbələri nəticəsində ölkədə 3 mindən çox insanın öldüyünü açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, İsrail ilə “Hizbullah” arasında martın 2-dən başlayan qarşıdurmalar dövründə ümumilikdə 3 020 nəfər həyatını itirib, 9 273 nəfər isə yaralanıb.
Bildirilib ki, həlak olanlar arasında 18 yaşadək 211 uşaq və 116 tibb işçisi də var.
Qeyd olunub ki, aprelin 17-də əldə olunan atəşkəs razılaşması bölgədə döyüşləri tam dayandıra bilməyib və qarşıdurmalar davam edib.
Livan rəsmiləri mülki itkilərin artmasından narahat olduqlarını vurğulayaraq beynəlxalq ictimaiyyəti vəziyyətə müdaxilə etməyə çağırıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta