AZ

AZAL bu istiqamətdə uçuşları ləğv etdi

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sözügedən istiqamət üzrə reysləri ləğv olunub.Bu barədə Metbuat.az-a səhmdar cəmiyyətdən bildirilib. Qeyd olunub ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

"Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır", - məlumatda vurğulanıb.

Seçilən
13
11
metbuat.az

10Mənbələr