AZ

Elitada növbəti paytaxt təmsilçisi: addım addım Bakı çempionatına doğru... YAZI

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

1-ci liqada 26-cı tur həm də "Şəfa"nın çempionluğunu rəsmiləşdirməsiylə yadda qaldı. Heç şübhəsiz, bu uğura görə paytaxt təmsilçisini təbrik etməliyik. Azı ona görə ki, ötən il 2-ci, bu il 1-ci liqada çıxış edən komanda növbəti mövsümə premyer-liqada start verəcək. Burda bizi narahat edən yeganə məqam “Şəfa”nın Bakını təmsil etməsidi. Axı premyer-liqada onsuz da "Sabah", "Neftçi", "Zirə" kimi klublar var. Daha bir paytaxt təmsilçisinin elitada təmsil olunması, bu azmış kimi, "Araz-Naxçıvan"la "Qarabağ"ın da ev oyunlarını Bakıda keçirməsi istər-istəməz məşhur "Bakı çempionatı" ifadəsini yada salır.Həqiqətən də, mövcud durum futbolun bölgələrdə inkişafı, təbliği hədəfini seçən AFFA-nın məqsədiylə üst-üstə düşmür. İş ondadı ki, 1-ci liqada çıxış edən digər iddialı komandalar - "Səbail"lə "Baku Sportinq" də paytaxt təmsilçisidi. Bu baxımdan, yalnız "Mingəçevir"ə ümid var ki, komandanın davamlı müsbət nəticələr qazanmaqda çətinlik çəkməsi işi düyünə salıb.Hər halda, "Şəfa" premyer-liqada Bakını təmsil edəcək. Ümumi mənzərə onu göstərir ki, növbəti "futbol ili"ndə 12 komandadan 7-si paytaxda və Sumqayıtda çıxış edəcək. Hələ onu demirik ki, "Qəbələ"nin pley-offda "Səbail" və ya "Baku Sportinq" ilə qarşılaşması, elitaya daha bir paytaxt təmsilçisinin gəlməsi ehtimalı güclüdü.Görünür, bölgə təmsilçilərinin maliyyə dayanıqlılığı düzəlməsə, konkret inkişaf strategiyası olmasa, premyer-liqadakı sayları nəinki artmayacaq, hətta azalacaq...KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr