AZ

Həssas kateqoriyaya aid şəxslər ipoteka götürməkdə çətinlik çəkirlər AÇIQLAMA

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı şərtlər sadələşdirilə bilər. Sözügedən məsələ 2026-28-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb.

Sazişdə qeyd olunub ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı tədbirlər görüləcək.

İpoteka şərtlərinin sadələşdirilməsi mənzil bazarına necə təsir edə bilər?

Redaktor.az-a danışan əmlak eksperti Elnur Azadov bildirdi ki, sadələşdirmə ilə bağlı hansı şərtlərin həyata keçirilməsini dəqiq demək olmaz.

"Faktiki vəziyyət belədir ki, 2021-ci ildən başlayaraq ölkədə daşınmaz əmlak kəskin bahalaşıb. İndiki dövrlə 2021-ci ili müqayisə etsək, daşınmaz əmlak sektorunda, əsasən mənzil fondunda 70 faizə qədər bahalaşma müşahidə olunur. Bu bahalaşma daşınmaz əmlakın əlçatanlığını çətinləşdirib. Şərti olaraq müqayisə etsək, təxminən 15-16 il öncə ipoteka yeni başlayanda vətəndaş bir otaqlı, "Xruşşov" layihəli evi 50 min manata alırdı. Həmin vaxt təxminən 42-43 min manat ilkin ödəniş edirdi və alınan daşınmaz əmlakın qiyməti ucuz olduğuna görə ilkin ödəniş də az idi, cəmi 7 500 manat. Aylıq ödənişlər də maksimal müddətə götürüldükdə 200-300 manat civarında olurdu".

Müsahibimiz bildirdi ki, indiki vəziyyət isə olduqca çətindir:

"İlkin ödəniş artıq 15 min manatdan başlayır ki, bu da az məbləğ deyil. Aylıq ödənişlər isə 1000 manata yaxınlaşır. Bu isə o deməkdir ki, həssas kateqoriyaya aid şəxslər ipoteka götürməkdə çətinlik çəkirlər. Bu istiqamətdə şərtlərin yüngülləşdirilməsinə ehtiyac var ki, həqiqətən ehtiyacı olan şəxslər ipoteka əldə etməkdə çətinliklə üzləşməsinlər. Faktiki olaraq daşınmaz əmlakın stabil bahalaşması ona gətirib çıxarır ki, bəzi vətəndaşların ipotekaya ciddi ehtiyacı olmasa da, yüksək gəlirləri olduğuna görə onlar daşınmaz əmlakın illik 10-15 faiz bahalaşmasını nəzərə alaraq ipotekaya investisiya növü kimi baxırlar".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
redaktor.az

2Mənbələr