AZ

Daha 2 qrup zəvvar həcc ziyarətinə yola salındı

"Azərbaycandan həcc ziyarətinə yola düşən zəvvarları daşıyan növbəti iki təyyarə bu gün havaya qalxıb".


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

O qeyd edib ki, bununla da həcc ziyarətinə yola düşən üçüncü və dördüncü zəvvar qrupları yola salınıb.

Xatırladaq ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti 6 100 ABŞ dolları təşkil edir.

Seçilən
4
18
manset.az

10Mənbələr