AZ

Almaniya Türkiyənin cənub şərqində Patriot sistemi yerləşdirəcək

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Almaniya Türkiyənin cənub-şərqində “Patriot” zenit-raket kompleksləri yerləşdirəcək.

Bu barədə “Berliner Zeitung” Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “Patriot” hava hücumundan müdafiə sistemi və Bundesverin təxminən 150 hərbçisi iyunun sonundan sentyabr ayınadək Türkiyədə dislokasiya olunacaq. Qeyd olunub ki, bu addım İrandakı vəziyyətlə əlaqədardır.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz ölkəsinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə hazır olduğunu açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
apa.az

8Mənbələr