Ermənistanda seçkiyə sayılı günlər qaldıqca siyasi mübarizə daha da sərtləşir. Seçkilərdə iştirak üçün 19 siyasi qüvvə qeydiyyata alınıb. Əsas qarşıdurma isə hakim Vətəndaş Müqaviləsi Partiyası və keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi blok arasında gedir. Hazırkı Baş nazir Nikol Paşinyanın yenidən üstünlük qazanacağı ehtimal olunsa da, seçki kampaniyasının son mərhələsində daxili narazılıqlar, təhlükəsizlik mövzusu və xarici təsirlər nəticələrə ciddi təsir göstərə bilər.
Ən diqqətçəkən ssenari Robert Köçəryanın qələbəsi ola bilər. Köçəryan Ermənistan siyasətində daha sərt, revanşist və Rusiyaya yaxın xəttin simvolu hesab olunur. Onun hakimiyyətə dönüşü ilk növbədə regionda gərginliyin artması riskini yüksəldə bilər. Çünki Köçəryan komandası uzun illər Qarabağ klanının əsas siyasi dayağı olub və Azərbaycanla münasibətlərdə kompromisdən daha çox sərt ritorikaya üstünlük verib.
Bütün bunların fonunda Ermənistan seçkiləri təkcə bu ölkənin daxili siyasi məsələsi deyil. İrəvanda veriləcək qərar həm Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə, sülhə və həm də Cənubi Qafqazda qüvvələr balansına birbaşa təsir göstərəcək əsas siyasi mərhələlərdən biri hesab olunur.
Bəs paytaxtımızın sakinləri bu barədə nə düşünür.
Musavat.com