Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının ikinci günü başa çatıb.
SİA xəbər verir ki, forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu göstərici WUF tarixində ən yüksək nəticələrdən biri kimi qiymətləndirilir.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum mayın 22-dək davam edəcək.
Forumun ikinci günündə rəsmi açılış mətbuat konfransı keçirilib, burada qlobal mənzil böhranı, dayanıqlı və təhlükəsiz şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi kimi məsələlər müzakirə olunub.
Daha sonra WUF13 çərçivəsində “Urban Expo” sərgisinin açılış mərasimi baş tutub, gün ərzində isə Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin sessiyası keçirilib.