AZ

Bu ərazidə avtobus zolağı taksilərin dayanacağına çevrilib ŞİKAYƏT VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın “20 Yanvar” metrosunun yaxınlığında, 3-cü mikrorayon dairəsi istiqamətində olan yolda kütləvi qayda pozan sürücülər qeydə alınıb.

Bu barədə məlumatı izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” nömrəsinə göndərdiyi videomaterialla birlikdə təqdim edib.

Kadrlardan görünür ki, müxtəlif markalı avtomobillər avtobuslar üçün nəzərdə tutulmuş zolaqda yan-yana sıraya düzülərək park edilib. Şikayətçinin sözlərinə görə, həmin ərazidə dayanan nəqliyyat vasitələrinin böyük hissəsi taksi fəaliyyəti ilə məşğul olan sürücülərə məxsusdur.

Bildirilir ki, bəzi sürücülər parkinq ödənişindən yayınmaq məqsədilə zolağın istifadə üçün açıq olduğu saatlarda bu ərazidən istifadə edir və nəticədə avtobus zolağının funksionallığı pozulur. Bu isə ictimai nəqliyyatın hərəkətinə maneə yaradır, həm avtobusların, həm də digər avtomobillərin hərəkətində ciddi çətinliklərə səbəb olur.

İzləyici xüsusilə sıxlıq saatlarında həmin zolağın istifadəyə ehtiyac olduğunu, lakin ərazidə yaranan bu cür mənzərənin hərəkəti iflic vəziyyətinə saldığını qeyd edib.

Qeyd edək ki, sözügedən ərazidə taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülərin yalnız avtobus zolağını deyil, eyni zamanda səkiləri də zəbt etdiyi bildirilir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
avtosfer.az

1Mənbələr