ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Uzak Şehir"in ulduzu Alper Çankaya mövsüm finalında bu layihədən ayrılaraq "Netflix"in yeni 8 seriyalıq macəra serialında baş rola çəkiləcək.Demokrat.az xəbər verir ki, reytinqli ekran işində Şahin obrazına həyat verən Alper Çankaya mövsüm finalında komanda ilə yollarını ayıracaq. Aktyorun hələ serialdan rəsmən ayrılmamış yeni işi artıq məlum olub. "Uzak Şehir"də Boran rolunu oynayan Burç Kümbetlioğlundan sonra layihə ilə vidalaşan ikinci şəxs məhz Alper Çankaya olacaq. Populyar aktyor növbəti mövsümdə rəqəmsal platformada yayımlanacaq yeni layihədə baş rola çəkiləcək. Onun "Netflix" şirkətinin istehsalı olan və yerli "Lost" adlandırılan "Eve Giden Yol" (Evə gedən yol) serialında oynayacağı dəqiqləşib.Maraqlıdır ki, aktyor 8 seriyadan ibarət olan bu yeni ekran işində də Şahin adlı obrazı canlandıracaq.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.