2026-cı ilin ilk rübündə Azərbaycan bankları “Blumberq” ticarət sistemində ümumi həcmi 42,1 milyard manat olan 1041 əqd bağlayıb. Məlumat Mərkəzi Bank tərəfindən açıqlanıb. Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Həmin dövrdə bağlanan əqdlərin həcminin 97 faizi 1-3 günlük əməliyyatların payına düşüb.
Ekspertlərin fikrincə, qısamüddətli əməliyyatların üstünlük təşkil etməsi bank sektorunda likvidlik idarəçiliyinin aktiv olduğunu göstərir. Eyni zamanda, maliyyə bazarında əməliyyat aktivliyinin artması banklararası əməkdaşlığın və pul bazarının inkişaf dinamikasını əks etdirir.
Qeyd edək ki, “Blumberq” ticarət sistemi banklar və maliyyə institutları arasında maliyyə alətlərinin alqı-satqısı, valyuta və pul bazarı əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunan beynəlxalq elektron platformalardan biridir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan