AZ

​“Fənərbaxça”da yeni “Arda Güler” -

Türkiyənin “Fənərbaxça” klubu gənc istedadların inkişafına yönəlmiş transfer siyasəti çərçivəsində vacib bir addım atıb. Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi öz akademiyasında yetişən və “yeni Arda Güler” kimi göstərilən gənc futbolçu Volkan Mutlu ilə 5 illik peşəkar müqavilə imzalayıb. Sarı-lacivərdilər bu transferlə gələcəyə yatırım etməyi hədəfləyir. Klub rəhbərliyi Volkan Mutlunun texniki bacarığı və oyun intellekti ilə qısa zamanda əsas komanda üçün önəmli fiqura çevrilə biləcəyini düşünür.

Gənc futbolçunun inkişafı xüsusi proqramla dəstəklənəcək və onun əsas komandaya yüksəlməsi üçün mərhələli plan tətbiq olunacaq.

Seçilən
47
metbuat.az

1Mənbələr