İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bəyan edib ki, rəsmi Tehran münaqişənin həlli məqsədilə ABŞ tərəfinə irəli sürdüyü tələblərdən geri çəkilmək fikrində deyil.
Moderator.az xəbər verir ki, bu barədə İranın "Al Alam" telekanalı məlumat yayıb.
"Heç bir gücün qarşısında baş əyməyəcəyik və rahatlıq naminə dövlətimizin ləyaqətini qurban verməyəcəyik. Biz danışıqları şərəflə aparırıq və geri addım atmağa hazırlaşmırıq", - deyə dövlət başçısı qeyd edib.