Prezident İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır.
Publika.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti İliyana Yotova WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.
O, öncə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:
"Prezident İlham Əliyev Bakını elə bir məkana çevirib ki, burada hər kəs gələcəkdən danışır. Hazırda dünyada 2,8 milyard insanın mənzili yoxdur. Problemin həll olunması üçün qarşıdakı onillikdə hər saniyədə bir mənzil tikməlidir. Bu sadəcə bazar yox, ədalət məsələsidir. Bir şəhər insanlarını mənzillə təmin etmək gücünü itirdikdə insanını itirir. Müasir şəhər heç kimin özünü atılmış hiss etmədiyi məkandır. Biz bu gün meqaregionlardan danışırıq. Bu reallığı rədd edə bilmərik, lakin onlar artıq işləmir. Biz prinsiplərə əsaslanan idarəetmə yaratmalıyıq. Burada hökumətlər və icmalar bir yerdə işləməlidir"