AZ

İrəvanda Paşinyanla rastlaşan vətəndaş Bako Saakyan və Araik Arutyunyan haqda nə dedi?..

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İrəvanın Ərəbkir rayonunda seçki kampaniyası zamanı Baş nazir Paşinyanla rastalaşan vətəndaşlardan  biri Paşinyanı vaxtilə Qarabağdakı separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyanın hakimiyyətə gəlməsini dəstəkləməkdə ittiham edib. Paşinyanın nəyi və kimi dəstəklədiyi barədə sualına vətəndaş "Sadəcə müdaxilə etmədinizi" cavabını verib.

Moderator.az xəbər verir ki, bu haqda tert.am nəşri məlumat yayıb.

“Siz 2018-ci ildə Qarabağa gəlmisiniz. O vaxt insanlar artıq orada yolları bağlamışdılar, siz isə Bako Saakyanın qalmalı olduğunu deməyə gəlmişdiiniz. Sadəcə, qulaq asmadınız. Seçkilər zamanı, biz o quldur klanına qarşı mübarizə apararkən, siz birmənalı şəkildə Arayik Harutunyanı dəstəklədiniz və Arayik Harutyunyanın pul paylamasına göz yumdunuz”, - deyə vətəndaş qeyd edib.

Məlum olub ki, həmin erməni "Daşnaksütyun" partiyasının Qarabağ üzrə lideri Artur Osipyan olub.

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
moderator.az

2Mənbələr