AZ

Gürcüstan-Azərbaycan arasında sərnişin daşımaları bərpa olunur

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Tbilisi – Bakı arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur.

XQ xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Bildirilir ki, Tbilisi – Bakı arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacaq.

Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolu əsasında qəbul olunub.

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr