AZ

Türkdilli ölkələrin çempionatında medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə türkdilli ölkələr arasında kişi və qadın komandaların çempionatı, eləcə də 16 yaşadək yeniyetmələrin olimpiadasının yekun nəticəsi açıqlanıb.

Xəbər verdiyimiz kimi, Azərbaycan şahmatçıları yarışı 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Mükafatlandırma mərasimində həm də löhvələr üzrə yüksək nəticə göstərən şahmatçılar elan olunub. Təmsilçilərimizdən Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Xaqan Əhməd, Paşam Əlizadə, Murad İbrahimli qızıl, Əhməd Əhmədzadə gümüş, Misrətdin İskəndərov və Şiroğlan Talıbov isə bürünc medala layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
5
azertag.az

6Mənbələr