AZ

Daramber Qoxul: Ağdam və Qarabağdakı digər şəhərlərin Baş planlarını alqışlayıram

Mavriki Prezidenti Daramber Qoxul Ağdam və Qarabağdakı digər şəhərlərin Baş planlarını təqdir etdiyini bildirib.

"Report" xəbər verir ki, o, bunu WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitindəki çıxışında deyib.

Mavriki Prezidenti dayanıqlı şəhərsalma modelini ortaya qoymağın vacibliyini vurğulayıb:

"Fürsətdən istifadə edərək şəhərlərin onillik müfəssəl transformasiya prinsipini alqışlayıram. Xüsusilə, Azərbaycanda ağıllı şəhər layihəsini, Ağdam və Qarabağdakı digər şəhərlərin Baş planlarını, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsləri alqışlayıram. Biz onun tövsiyələrindən istifadə edəcəyik".

Seçilən
47
far.az

1Mənbələr