Qırğızıstanın Prezidenti Sadır Japarov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ən yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti WUF13 çərçivəsində Liderlər Sammitində bildirib.
"Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına səmimi qəbula, eləcə də WUF13-ün yüksək səviyyədə təşkilinə görə təşəkkür etmək istərdim", - o qeyd edib.