AZ

"Azərbaycanla Türkiyə arasında imzalanan qrant saziş çox əhəmiyyət kəsb edir"- ŞƏRH

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan qrant sazişini təsdiqləyib. Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyə tərəfdən isə xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıb. Sənədin icrasına cavabdeh qurum olaraq Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən olunub. Sazişə əsasən, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 250.000.000.00 TL-yə (14,111 milyon manat) qədər vəsait ayıracaq. Məqsəd Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim Mərkəzi və Tingçilik Müəssisəsi layihəsinin həyata keçirilməsinin maliyyələşdirilməsidir.

Bu barədə BiG.AZ-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, bu saziş Azərbaycanın 2024-cü ilin yaşıl dünya naminə kontekstinə uyğun gəlir, eyni zamanda COP29-un ölkəmizdə keçirildiyi bir ildə tədqirə layiqdi.

"Dünyanın ən mühim dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Azərbaycanın növbəti beynəlxalq qələbəsidir. Bu vəsait müxtəlif güzəştlərə tətbiq edildiyi üçün onun effektlivliyi daha yuxarı səviyyədə ola bilər. Yetər ki bu doğru istiqamətdə və daha peşəkar səviyyədə xərclənsin. Çünki, bu təkcə yaşıllığın salınması ilə deyil, bilavasitə müxtəlif cür inkişafa töhfə verən bir fəaliyyətdir".


BiG.Az
Seçilən
287
50
big.az

10Mənbələr