AZ

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim etdi

Yazını böyüt
Yazını kiçilt

Pakistan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) ən böyük çaykənarı şəhər layihəsini təqdim edib və beynəlxalq investorları əməkdaşlığa dəvət edib.

Hafta.az xəbər verir ki, bunu açıqlaması zamanı Pakistanın Pəncab hökumətinin Ravi Şəhərsalma İnkişafı İdarəsinin (RUDA) xüsusi təşəbbüslər, korporativ sosial məsuliyyət və müxtəliflik məsələləri üzrə direktoru Fatima Ali Xan bildirib.

Fatima Ali Xan qeyd edib ki, nümayəndə heyəti dünyanın ən böyük çaykənarı şəhər layihəsini təqdim edir:

“Layihə çayın hər iki sahili boyunca 46 kilometr ərazini əhatə edəcək. Bu, Pakistan hökumətinin daşınmaz əmlak sahəsində ən iri layihəsi və Pəncab hökumətinin flaqman təşəbbüsüdür. Layihə Pəncabın Baş naziri Məryəm Nəvaz Şərif tərəfindən dəstəklənir. Biz burada xəstəxanalar, tibb kollecləri, universitetlər, məktəblər, otellər, mühəndislik infrastrukturu, tullantı sularının təmizlənməsi qurğuları, kurortlar, parklar, hətta hava limanı kimi müxtəlif layihələr təqdim edirik”.

Fatima Ali Xan vurğulayıb ki, layihə xarici investorlar üçün geniş imkanlar yaradır:

“Biz həm Pakistan, həm də xaricdən olan investorları əməkdaşlıq imkanlarını araşdırmağa dəvət edirik. Bu şəhər böyük perspektivlər, maliyyə üstünlükləri və yüksək investisiya gəlirləri təqdim edir”.

Fatima Ali Xan, həmçinin WUF13-ün Bakıda təşkilini və Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib:

“Bu, Azərbaycan hökumətinin çox gözəl təşəbbüsüdür. İnsanlar son dərəcə qonaqpərvərdirlər, Bakı isə sanki nağıl şəhəridir. Memarlıq, atmosfer, işıqlandırma, tarixi və müasir üslubun harmoniyası, mətbəx və insanların mehribanlığı – hər şey ən yüksək səviyyədədir. Hər kəsi Bakıya gəlməyə, bu şəhəri görməyə və onun atmosferini hiss etməyə çağırıram”.

Seçilən
0
4
hafta.az

5Mənbələr