"Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə "Cəmiyyətdə milli şüur probleminin təhlili" layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu AVMV İB-nin akt zalında tədbir keçirib. "Zəfərə gedən yolun başlanğıcı" mövzusunda keçirilən tədbirdə İB-nin nümayəndələri, birinci və ikinci Qarabağ müharibəsinin veteranları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbirdən öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarında keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan layihənin icrasına cəlb edilən əməkdaşı Qismət İsmayılov 2020- ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində qazanılan hərbi, siyasi, diplomatik qələbədən danışdı. Bildirdi ki, illər, əsrlər sonrada Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun Qarabağda yazdığı zəfər tarixi daim xatırlanacaq, kitablarda əks olunacaq, televiziyalarda yayımlanacaq. O insanları bir olmağa, vətəni, dövləti sevməyə, xalqın dəyərlərinə hörmət və riayət etməyə çağırdı.
Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun rəhbəri Sərraf Orucov isə çıxışında bildirdi ki, xalqın birliyi ordumuzun qüdrətli olmasına, əsgər və zabitlərimiz arasında ruh yüksəkliyinin daha da artmasına təkan olur.
44 günlün Vətən müharibəsi iştirakçısının bacısı Gülnarə İbrahimova, qazi Zakir Bayramov, şəhər sakini Həqiqət Mehralıyeva və digərləri çıxışlarına qazanılan qələbənin hərb tarixinə qızıl hərflərlə yazıldığını söylədilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.