AZ

Dünyaca məşhur elm ocağından XƏBƏRDARLIQ: Süni intellekt insan zəkasını gerilədir!

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son illərdə həyatımızın ayrılmaz hissəsinə çevrilən və hər suala saniyələr içində cavab tapan süni intellekt alətləri (AI) fərqinə varmadığımız böyük bir təhlükəni də bərabərində gətirir. Dünyanın ən köklü elm müəssisələrindən biri olan Böyük Britaniyanın Qrinviç Kral Rəsədxanası süni intellekt asılılığının insan zəkasını və yaradıcılıq qabiliyyətini korlaya biləcəyi barədə ciddi xəbərdarlıq edib. Demokrat.az-ın məlumatına görə, qurumun direktoru Peddi Rocers texnoloji alətlərin təqdim etdiyi hazır cavablara tamamilə bağlı qalmağın təhlükələrindən danışıb. O bildirib ki, biliyin və mütəxəssisliyin təməlində dayanan sorğulama, araşdırma və nəticələri analiz etmə vərdişləri bu yeni rəqəmsal düzəndə tamamilə yox olmaq riski ilə üz-üzədir. İnsanlığı irəli aparan "lazımsız" kəşflər unudulurAstronomiya tarixindən nümunələr gətirən mütəxəssislər qeyd edirlər ki, keçmişin elm insanları göbüzünü araşdırarkən dövrün şərtlərinə görə tamamilə "əhəmiyyətsiz" görünən detallarla da məşğul olurdular. Bir süni intellekt alqoritminin və ya robotun heç vaxt etməyəcəyi bu əlavə və "kortəbii" araşdırmalar, qeydə alındıqdan 150 il sonra belə dəniz naviqasiya sistemlərini doğrulamaq üçün kritik bir qaynağa çevrilə bilib.Süni intellektin təqdim etdiyi süzgəcdən keçmiş və sürətli nəticələrin əksinə, insanın öz marağının ardınca gedərkən qarşılaşdığı gözlənilməz məlumatlar və təsadüfi tapıntılar tarixin ən böyük dönüş nöqtələrini yaradıb.Hazıra qonmaq insanı əsl mənbədən uzaqlaşdırırSüni intellektin elm dünyasındakı böyük potensialı, xüsusən də protein strukturlarını həll edərək Nobel Mükafatı qazanan "AlphaFold2" kimi uğurları danılmazdır. Təhsil mütəxəssisləri də bu texnologiyanın bir ortaq işçi kimi istifadə olunmasını dəstəkləyirlər. Lakin düşünmə prosesini tamamilə texnologiyanın öhdəliyinə buraxmaq insanlığı uçuruma aparır.Əvvəllər rəqəmsal mənbələrdə istifadəçilər əsas qaynağa enib məlumatın doğruluğunu yoxlaya bilirdilər. İndi isə axtarış sistemlərinin və sosial media platformalarının zirvəsinə yerləşən süni intellekt xülasələri insanları yoxlanıla bilən və etibarlı informasiya mənbələrindən sürətlə uzaqlaşdırır. Alimlərin rəyinə görə, bu asılılıq davam edərsə, gələcək nəsillərin intellektual səviyyəsində ciddi geriləmələr qaçılmaz olacaq.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr