AZ

ÜST təmsilçisi: Dayanıqlı şəhərsalma sağlamlıq və rifah üçün önəmlidir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Şəhərlərin sürətli inkişafı şəraitində urban sağlamlıq məsələsi xüsusi əhəmiyyət daşıyır. Urbanizasiya artdıqca əhalinin sağlamlığı və rifahı birbaşa şəhər mühitindəki yaşayış tərzindən asılı olur.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) şəhər sağlamlığı üzrə texniki rəhbəri Natali Roebbel deyib.

O diqqətə çatdırıb ki, nəqliyyat, enerji, mənzil, kənd təsərrüfatı və digər sahələrdə verilən qərarlar insanların sağlamlığına ciddi təsir göstərir. “WUF13 sağlamlığa zərər verməyən, eyni zamanda, xəstəliklərin qarşısını alan şəhərlərin planlaşdırılması və mövcud şəhərlərin bu istiqamətdə yenidən qurulması üçün mühüm müzakirə platformasıdır. Şəhərlərdə hava çirklənməsi və hərəkət imkanlarının məhdudluğu insanların fiziki və ümumi sağlamlığına birbaşa təsir edir. Bu səbəbdən dayanıqlı şəhərsalma siyasəti həm sağlamlıq, həm də rifah üçün əsas amillərdən biridir”,- deyə Natali Roebbel əlavə edib.

Müxbir - Fidan Əlizadə

Videooperator - İlham Nadirov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
azertag.az

3Mənbələr