AZ

Paşinyan ölümlə TƏHDİD OLUNDU

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi  məlumat yayıb.  Qeyd olunub ki, şəxsiyyətləri hələ müəyyən edilməmiş şəxslər canlı yayım zamanı Nikol Paşinyanı təhdid ediblər. Belə ki, sözügedən şəxslərdən biri yayımda  "Nikol, cavab verməlisən. Hara getdiyini, hansı küçələrdə gəzdiyini bilirik. Səni öldürəcəyik, Nikol Paşinyan", - deyib. Digər şübhəli şəxsin əlində silah görüntülənib.  Komitənin məlumatına görə,  bir qrup şəxs tərəfindən qətlin hazırlanması, kompüter sabotajının törədilməsi və odlu silah və sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlanıb. 

Cinayəti törədən şəxslərin şəxsiyyətini müəyyən etmək üçün ilkin istintaq aparılır.

Seçilən
12
4
Ajans.az

5Mənbələr