AZ

Polşa ABŞ-dan son C-130H “Hercules” təyyarəsini qəbul etdi ÖZƏL

Polşa Hərbi Hava Qüvvələri ABŞ-dan alınan C-130H "Hercules" tipli sonuncu hərbi-nəqliyyat təyyarəsini qəbul edib. Olaylar.az xəbər verir ki, bu, ümumilikdə beş təyyarədən ibarət partiyanın sonuncu maşınıdır. Məlumata görə, 1510 bort nömrəli təyyarə digər dörd C-130H ilə birlikdə Polşanın Povidz bölgəsində yerləşən 33-cü nəqliyyat aviasiya bazasında yerləşdiriləcək.
Təyyarələrin tədarükü 2022-ci ildə başlayıb. Onların orta yaşı 35 ildən çoxdur və bütün partiya Polşa Müdafiə Nazirliyinə təxminən 14 milyon dollara başa gəlib.
Bundan əvvəl Polşa ABŞ-dan daha beş ədəd C-130E "Hercules" almışdı. Onların orta yaşı 50 ildən çox olub. Hazırda bu təyyarələrdən yalnız biri tam işlək vəziyyətdə qalıb, digərləri isə ya ehtiyat hissələri üçün istifadə edilib, ya da muzeyə verilib və ya xidmətdən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr