AZ

Paşinyan təsdiqlədi: Bu ərazilər Azərbaycana qaytarılacaq

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan yeni əraziləri Azərbaycana təhvil verəcəyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu iddia ilə erməni ekspert Voskan Sarkisyan çıxış edib.

Sarkisyan iddia edir ki, söhbət Bərxudarlı, Xeyrimli və digər ərazilərdən gedir.

“İki il əvvəl Kirantsın bir sıra əraziləri verildi. Ondan öncə Qara göl istiqamətindəki ərazilər, eləcə də Vardenis (Basarkeçər) və Cermuk (İstisu) istiqamətindəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Seçkilərdən sonra Azərbaycana yeni ərazilər qaytarılacaq”, - deyə o bildirib.

Qeyd edək ki, erməni ekspertin “Azərbaycana verildiyi” dediyi ərazilər əslində işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli sürdüyü sərhədin bərpa edilməsi, eləcə də delimitasiya prosesinin nəticəsidir. Bərxudarlı, Xeyrimli (Yuxarı Əskiparanın ərazisi) kəndləri də anklavların qaytarılması prosesinin tərkib hissəsidir. Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası ilə bağlı razılaşmasında anklav ərazilərin həlli məsələsi də nəzərdə tutulur./publika.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

10Mənbələr