Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin şəhidin dəfn mərasiminə dair məlumat yayıb.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, mayın 22-də daha bir itkin şəhid torpağa tapşırılacaq.
Həmin gün Rəşadət Əli oğlu Piriyev Bərdə rayonunun yeni Daşkənd kənd qəbiristanlığında dəfn ediləcək.