Çinin Müdafiə Nazirliyi bildirib ki, Tayvan administrasiyası ABŞ-dan silah alışını artırmaqla adanın iqtisadi resurslarını tükəndirir. Olaylar.az xəbər verir ki, nazirliyin nümayəndəsi Tsyan Binin sözlərinə görə, Taypey hakimiyyəti Tayvanı "xarici silah satıcıları üçün bankomata" çevirib.
O qeyd edib ki, silahlanma təhlükəsizlik yaratmır və Tayvan gəncləri "müstəqillik uğrunda döyüşmək istəmir". Çin rəsmisi əlavə edib ki, Tayvanın gələcəyi üçün ən etibarlı yol materik Çinlə birləşmədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31