AZ

Barselona yeni rekordla adını La Liqa tarixinə yazdırdı

ain.az, Milli.az portalına istinadən məlumat verir.

"Barselona" doğma meydanında "Real Betis"i 3:1 hesabı ilə üstələyərək İspaniya La Liqasının tarixinə yeni rekordla adını yazdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi çempionatın 38 turdan (19 ev oyunu) ibarət mövcud formatında misilsiz uğura imza atıb. Belə ki, komanda "doğma divarlar" arasında keçirdiyi bütün qarşılaşmalardan qələbə ilə ayrılan ilk klub kimi tarixə düşüb.

La Liqa tarixində sonuncu belə göstərici 1985/1986 mövsümündə qeydə alınıb. "Real Madrid"i evdə oynadığı 17 matçın hər birində rəqiblərini məğlubiyyətə uğratmışdı.

Xatırladaq ki, "Barselona" 2025/2026 mövsümündə İspaniya çempionu titulunu vaxtından əvvəl təmin etməyi bacarıb. Komanda arxada qalan 37 oyundan sonra aktivinə 94 xal yazdırıb. Doğma meydanın verdiyi üstünlükdən əla istifadə edən kataloniyalılar bu 19 qarşılaşmada rəqib qapılarından 57 top keçirib, öz qapılarında isə cəmi 10 qol görüblər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
4
news.milli.az

5Mənbələr