Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Misli Premyer Liqasında 32 tur geridə qalıb. Keçirilən 192 oyunda 17 referi iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Kamal Umudlu, Cavid Cəlilov, Rəvan Həmzəzadə, Rəşad Əhmədov, Əli Əliyev və Emin Əliyev oyun idarə edib.
Cari turda iş başında olan yeganə FİFA referisi Umudlu təyinat sayı baxımından liderliyini möhkəmləndirib. O, 32 turdan 18-nə təyinat alıb. Umudlunu 2 oyun geridə qalan Tural Qurbanov və Rəşad Əhmədov təqib edir.
Bu turda iki qırmızı vərəqə qeydə alınıb. Hər iki qovulma bir oyuna - "Sabah" - "Neftçi" qarşılaşmasına təsadüf edib. Kamal Umudlu meydan sahiblərinin hücumçusu Coy-Lens Mikelsə meydanda, qonaqların yarımmüdafiəçisi Emil Səfərova isə ehtiyat oyunçular skamyasında "qırmızı" göstərib.
"Sarı"lara gəlincə, hakimlər 22 xəbərdarlıqdan istifadə ediblər. Vərəqələrdən 10-u meydan sahiblərinə, 12-i isə qonaq komandanın oyunçularına göstərilib. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 359 sarı (15 qırmızı) - 390 sarı (11 qırmızı).
Beləliklə, 32 turun yekununda sarı vərəqə sayı 749-a çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 26 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 775-ə bərabər olub. Bu da orta hesabla hər turda 24,2, hər oyunda 4,04 vərəqə deməkdir.
Otuz iki tur ərzində ən çox vərəqə göstərən hakim də dəyişib. Kamal Umudlu 72 vərəqədən (5-i qırmızı) yararlanıb. Beləliklə, o, FİFA referisi Əliyar Ağayevi ümumilikdə 1 vərəqə qabaqlayıb. Cəza səbəbindən bir neçə turdu görünməyən Ağayev 71 dəfə əlini cibinə atıb ki, bunun 6-nın rəngi qırmızı olub.
Kamal Umudlu - 18 oyun
meydan sahibi 31 sarı 4 qırmızı
qonaqlar 36 1
cəmi: 67 5
Tural Qurbanov - 16 oyun
meydan sahibi 30 1
qonaqlar 33 0
cəmi: 63 1
Rəşad Əhmədov - 16 oyun
meydan sahibi 28 0
qonaqlar 44 1
cəmi: 72 1
Elçin Məsiyev - 15 oyun
meydan sahibi 34 0
qonaqlar 30 3
cəmi: 64 3
Kamranbəy Rəhimov - 15 oyun
meydan sahibi 25 1
qonaqlar 30 1
cəmi: 55 2
Rauf Cabarov - 15 oyun
meydan sahibi 24 0
qonaqlar 30 1
cəmi: 54 1
Fərid Hacıyev - 15 oyun
meydan sahibi 33 1
qonaqlar 15 0
cəmi: 48 1
İnqilab Məmmədov - 14 oyun
meydan sahibi 28 1
qonaqlar 31 1
cəmi: 59 2
Rəvan Həmzəzadə - 14 oyun
meydan sahibi 24 0
qonaqlar 29 1
cəmi: 53 1
Cavid Cəlilov - 14 oyun
meydan sahibi 22 1
qonaqlar 26 1
cəmi: 48 2
Əliyar Ağayev - 13 oyun
meydan sahibi 31 5
qonaqlar 34 1
cəmi: 65 6
Əli Əliyev - 11 oyun
meydan sahibi 17 1
qonaqlar 21 0
cəmi: 38 1
Vüqar Həsənli - 6 oyun
meydan sahibi 8 0
qonaqlar 10 0
cəmi: 18 0
Elvin Bayramov - 4 oyun
meydan sahibi 12 0
qonaqlar 5 0
cəmi: 17 0
Nicat İsmayıllı - 3 oyun
meydan sahibi 6 0
qonaqlar 8 0
cəmi: 14 0
Emin Əliyev - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 4 0
cəmi: 8 0
Əkbər Əhmədov - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 3 0
cəmi: 5 0
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.