AZ

"Bakıdakı təşəbbüslər dünya üçün vacib nümunədir" -

"Bakı müasir memarlığı, təmizliyi və geniş yaşıllıq sahələri ilə diqqət çəkir".Metbuat.az xəbər verir ki, bunu Malayziyanın Mənzil və Yerli İdarəetmə Nazirliyinin nümayəndəsi, WUF13 çərçivəsində Malayziya pavilyonunun əsas koordinatoru olan Mohamad Rizal Osman deyib. Onun sözlərinə görə, şəhərdə insanların dincəlməsi, idman etməsi və stressdən uzaqlaşması üçün yaradılan parklar və ictimai məkanlar olduqca önəmlidir.“Bu gün bir çox ölkələr, o cümlədən bizim ölkə də psixoloji sağlamlıq problemləri ilə qarşılaşır. Buna görə insanların rahatlıq tapa biləcəyi ictimai məkanların sayı artırılmalıdır. Bakıda yaradılan yaşıl zonalar və parklar bizi həqiqətən heyran etdi. Hesab edirəm ki, bu cür təşəbbüslər dünyanın bütün şəhərləri üçün vacib nümunədir”, -o qeyd edib.Mohamad Rizal Osman WUF13 barədə təəssüratlarından da danışıb. O bildirib ki, tədbirin miqyası onu xüsusilə təəccübləndirib:“2018-ci ildə Malayziyada keçirilən Dünya Şəhərsalma Forumunda yerli təşkilatçı kimi fəaliyyət göstərmişdim. Buraya gəldiyim ilk gündən tədbirin nə qədər böyük miqyasda təşkil olunduğunu hiss etdim. Mənə bildirildi ki, bu, indiyədək keçirilən ən böyük Dünya Şəhərsalma Forumudur. WUF13 əvvəlki ev sahibi ölkələrin təcrübəsi ilə birlikdə həqiqətən təsirli qlobal platformaya çevrilib”, - nümayəndə vurğulayıb.O əlavə edib ki, belə beynəlxalq tədbirlər şəhərsalma, dayanıqlı inkişaf və qlobal əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
27
metbuat.az

1Mənbələr