AZ

13 500 abonentin qazı kəsiləcək

Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 13 500 abonentin qaz təchizatında fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi, "Xəzər bağları", "Yeni Kotec", "Köhnə Kotec" adlanan əraziləri, 26-cı məhəllədə və Bulvar küçəsində yaşayan 13 500 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Məlumata görə, buna səbəb Səməd Vurğun küçəsində yeraltı polietilen qaz xəttində aşkarlanan sızmanın qarşısının alınması məqsədilə aparılan təmir işləridir.

Bildirilir ki, qazın verilişi bu gündən təmir işləri yekunlaşanadək dayandırılacaq.

Aidiyyəti qurum sakinlərdən ehtiyatlı olmalarını və yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib.

Seçilən
2
6
hafta.az

7Mənbələr